Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.
Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.






























.jpg)




.jpg)





.jpg)








.webp)





.jpeg)
