Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:30 radələrində rayonun Kürdəmiş kəndində qeydə alınıb.
Kənd sakini Kamil Teymurova məxsus ev anidən alovlanıb. Hadisə yerinə dərhal FHN-in Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə olunur.
Faktla bağlı araşdırma aparılır.











.jpg)















.webp)














.jpg)






.png)



