Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.
Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
10:35
Bakıda intihar olub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.










.jpg)















.jpg)




.jpg)
.webp)


.jpg)







.jpg)
