Daşkəsəndə iki avtomobil toqquşub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.
Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.









.jpg)








.jpg)






.jpg)







.jpg)


.jpg)



















