Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.







.jpg)




.jpg)















.jpg)




.jpg)

.jpg)



.jpg)







.jpg)
.jpg)

.jpg)




