Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində “Honda” markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib.

"Unikal" xəbər verir ki, bununla bağlı sürücü dərhal 102-yə məlumat verib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törədən əvvəllər məhkum olunan Vüsal Hüseynov saxlanılıb.

Araşdırma aparılır.