Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turuna start verilib.

"Unikal" xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşıb.

“RAMS Park” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Qarşılaşma İstanbul təmsilçisinin üstünlüyü ilə başlayıb. Komanda erkən qola sevinib. Aleksey Batrakov fərqlənib. Rusiyalı futbolçu çox keçmədən dublunu rəsmiləşdirib - 2:0.

"Qalatasaray" bu qələbə ilə xallarının sayını 6-ya çatdırıb.