Qrenlandiya parlamenti – İnatsisartut Qrenlandiya, ABŞ və Danimarka arasında Arktikada təhlükəsizliklə bağlı yeni sazişi dəstəkləyib.

"Unikal" xəbər verir ki, bu barədə "KNR" telekanalı məlumat yayıb.

İndi saziş noyabrın 19-da Danimarka parlamenti – Folketingin təsdiqinə təqdim edilməlidir.

Qeyd edək ki, ABŞ, Qrenlandiya və Danimarka arasında saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanıb. Bu sənəd 1951-ci il müqaviləsinin yenilənmiş versiyasıdır və ABŞ-ın adada hərbi bazalar yerləşdirməyi planlaşdırdığı iki ərazini – Narsarsuaq və Mesterviqi müəyyən edir.