Ermənistanda iş adamı Samvel Karapetyan da daxil olmaqla doqquz şəxsə qarşı məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayılıb.

Daha əvvəl "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram ziyan vurulması ilə bağlı işlə əlaqədar həbs olunduğunu bildirmişdik. Eyni iş üzrə daha 35 nəfərə qarşı ictimai cinayət işi açılıb.

Bu səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Samvel Karapetyanın evi də daxil olmaqla 65 mənzildə və müəssisədə axtarış aparıblar.