Tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, kollecin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid valideyni Lalə Kazımlı, müəllim və tələbə heyəti iştirak ediblər.
"Unikal" xəbər verir ki, kollecin direktoru Dilarə Məmmədəliyeva çıxışında Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edərək, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, ordumuzun gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir. O, bu Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin və sağlamlıqlarını itirən qazilərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb.
Şəhid valideyni Lalə Kazımlı isə çıxışında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini yad edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbir tələbələrin ifasında təqdim olunan musiqi və bədii kompozisiyalarla davam edib və bədii hissə ilə başa çatıb.










.jpeg)


.jpeg)

















.jpg)




.jpg)

.jpg)

