Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində hər iki maşın deformasiyaya uğrayıb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.