Sosial şəbəkələrdə skuter sürücüsünün piyada ilə qəfil toqquşmasını əks etdirən görüntülər yayılıb. Hadisədən sonra skuter sürücüsü ilə piyada arasında mübahisə yaranıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, mübahisəni əks etdirən görüntülər araşdırılıb. Polis tərəfindən onların şəxsiyyəti müəyyən olunaraq izahatların alınması üçün dəvət olunublar.
Tərəflər arasında yaranan hüquq pozuntusu ilə bağlı müvafiq məsuliyyət tədbiri görüləcək.
Murad İbrahimli
















































