Türkiyənin Cənubi Sudandakı səfiri Metin Erginin vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
59 yaşlı M.Erginin ölüm səbəbi açıqlanmayıb. Onun cənazəsi sabah Türkiyəyə gətiriləcək. Dəfn mərasimi isə noyabrın 6-da İstanbuldakı Zincirlikuyu qəbiristanlığında keçiriləcək.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyində karyerasına 1992-ci ildə başlayan Metin Ergin, peşəkar həyatı boyunca həm xaricdə, həm də qərargahda mühüm vəzifələr tutub.
Bosniya və Herseqovinanın Mostar və Belçikanın Antverpen şəhərlərində baş konsul vəzifəsində çalışmış Ergin son olaraq Türkiyə Respublikasını Cənubi Sudanda səfir kimi təmsil edib.
Gülayə Mecid
















































