İşğaldan azad edilmiş ərazilərə gələn il ayrılacaq vəsaitin məbləği açıqlanıb.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərində inşa edilmiş evlərə köçürülmüş ailələrin kommunal xidmətlərdən istifadəsinə və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə 22.0 milyon manat vəsait nəzərdə tutulub.
Bütövlükdə 2027-ci ilin dövlət büdcəsinin xərclərindən (bütün xərc bölmələri üzrə) Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üzrə cəm olaraq 3 milyard 422 milyon manat məbləğində vəsait yönəldiləcəkdir.
Anar Kəlbiyev






.jpg)




.jpg)

.jpg)































