Qlobal neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. 

"Unikal" xəbər verir ki, "Brent" markalı xam neft 7 oktyabrdan bəri ilk dəfə barel üçün 100 dollardan aşağı düşüb.

Bir gündə təxminən 9 dollar və ya 8%-dən çox itirib. Amerika Qərbi Texas (WTI) markalı xam neftin qiyməti təxminən 8% azalaraq barel üçün 89 dollara düşüb.

Neft qiymətlərinin düşməsi tezliklə ABŞ-də benzin qiymətlərinin də ucuzlaşmasına səbəb ola bilər.