Almaniyanın Moskvadakı səfirliyi 2024-cü ildə Ukraynadakı münaqişənin həlli üçün "gizli" sülh planı hazırlayıb.

"Unikal" xəbər verir ki, belə bir iddia ilə "Bild" nəşri çıxış edib. 

Hesabatda deyilir ki, "Plan Ukraynanın şərqindəki mübahisəli ərazilərin beş il müddətinə BMT-nin idarəçiliyinə verilməsini nəzərdə tuturdu".

Məlumata görə, bu müddətdən sonra bu ərazilərdə referendumlar keçiriləcək və sakinlər hansı ölkəyə qoşulmaq istədiklərini müəyyən edəcəklər. Plan alman diplomat Martin Nissen tərəfindən irəli sürülüb.