Füzuli Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifə Ceyran Vaqif qızı Qəhramanovaya həvalə edilib.

Qeyd edək ki, Ceyran Qəhramanova bu təyinatadək həmin xəstəxananın Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.