Moskva ilə dialoq davam etməlidir. Rusiya xalqı bizim üçün əzizdir.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O, Tbilisinin xüsusi nümayəndəsi ilə Rusiya xarici işlər nazirinin müavini arasında aparılan danışıqların nəticələrini belə şərh edib: "Dialoq bir sadə səbəbdən davam etməlidir: Rusiya xalqı bizim üçün əzizdir. Onlar qonşu ölkədir. Siyasət dəyişir, amma insanlar xalq olaraq qalır. Antarktida ərisə belə, biz yenə də qonşu olaraq qalacağıq.
Baş nazirin sözlərinə görə, yeni təmas formatında Gürcüstanı Giorgi Zurabişvili, Rusiyanı isə Mixail Qaluzin təmsil edəcək. Görüş hər iki ölkənin paytaxtlarında keçirilə bilər, lakin yerlər qarşılıqlı olaraq əlverişli olmalıdır: "Əgər belə bir yanaşma tapılarsa, Moskva və Tbilisidəki görüşlərin ardıcıl olaraq keçirilməsi prinsipial olaraq vacibdir".
O, Gürcüstanın ərazi iddiaları səbəbindən Tbilisi ilə Moskva arasındakı münasibətlərin mürəkkəb olaraq qaldığını etiraf edib. Eyni zamanda, Kobaxidze vurğulayıb ki, bu problem sələflərindən "miras qalıb" və onun həlli ardıcıl və səbrli yanaşma tələb edir, lakin bu vacib fundamental məsələdə qısa müddətdə nəticə əldə etmək mümkün deyil.
Ağarza Elçinoğlu




























.jpg)





















