Rusiya Aerokosmik Qüvvələrinin baş komandan müavini Yuri Qrexov Moskvada həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
Nəşrin məlumatına görə, 25 noyabrda Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsi onun məhkəməyəqədər həbs qətimkan tədbiri seçib; Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi onun həbsi üçün vəsatət qaldırıb.
Məlumata görə, general korrupsiya ilə əlaqəli cinayətlərdə ittiham olunur.
Qrexov 1979-cu ildən hərbi xidmətdədir. 2021-ci ildən Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini vəzifəsində çalışıb və qoşunların silah və hərbi texnika ilə təchiz olunmasına cavabdeh olub. Elə həmin il general-polkovnik rütbəsinə yüksəlib.
Gülayə Mecid



.jpg)












































.jpg)



