Bakı kralıyam? Xeyr, amma bu şəhər mənim üçün çox xüsusi yerdir.

"Unikal" xəbər verir ki, bu sözləri İspaniyanın “Barselona” klubunun futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının V turunda “Sabah”la Bakıda keçirilən qarşılaşmadan sonra deyib.

İngiltərəli yarımmüdafiəçi oyunda het-trik etmək imkanının olduğunu, lakin sol ayağı ilə vurduğu zərbəni qola çevirə bilmədiyini bildirib. O, uzun səfərin komanda üçün çətin keçdiyini də vurğulayıb: “Rəqib yüksək pressinq tətbiq edirdi. Qarşılaşmanın rəqabətli keçəcəyini gözləyirdik və fürsətlərimizdən yararlandıq. “Barselona” klubunun üzvü olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir. Hesabda öndə olsaq belə, hücumlarımızı davam etdiririk”.

Qeyd edək ki, Entoni Qordon qarşılaşmada iki qol vuraraq matçın ən yaxşı oyunçusu seçilib. İngiltərəli futbolçu ötən ilin fevralında “Nyukasl”ın heyətində UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilmiş ilk oyunda 4 dəfə fərqlənmişdi.