Avropa tərəfindən təşviq edilən Kiyev sülh prosesinə daha az meyillidir və müharibəni davam etdirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Aİ sammiti 26-27 noyabr tarixlərində keçiriləcək. Aİ liderləri Ukraynaya yardım üçün maliyyələşdirmə də daxil olmaqla yeddi illik büdcəni müzakirə edəcəklər. Jurnalistlər Peskovdan Kremlin görüşü izləyib-izləmədiyini soruşublar.
"Avropalılar tərəfindən təşviq edilən və təhrik edilən Kiyev rejimi sülh prosesinə daha az meyllidir və müharibəni davam etdirmək niyyətindədir. Bu, ilk növbədə Ukrayna vətəndaşlarının maraqlarına, eləcə də məktəbləri təmir etmək, yeni xəstəxanalar və sosial müəssisələr tikmək, müavinətlər ödəmək və müəllim və həkimlərinin maaşlarını artırmaq əvəzinə, bu pulları sursata xərcləyən Avropa ölkələri vətəndaşlarının maraqlarına xələl gətirir", - deyə Peskov jurnalistlərə cavabında deyib.
Ağarza Elçinoğlu






.jpg)












































