Rusiya prezidenti Vladimir Putin hələlik 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
"Prezident hələlik Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar verməyib", - deyə Peskov brifinqdə bildirib.
ABŞ 2026-cı ildə G20-yə sədrlik edir və 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək sammitə ev sahibliyi edəcək. ABŞ prezidenti Donald Tramp Putini görüşdə iştirak etməyə dəvət edib.
Putin sonuncu dəfə G20 sammitində şəxsən 2019-cu ildə Yaponiyanın Osaka şəhərində iştirak edib. O, 2020 və 2021-ci illərdə videobağlantı vasitəsilə zirvə görüşlərində iştirak edib və 2022-ci ildən sonra Rusiya digər yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunub.
Ağarza Elçinoğlu





















.jpg)



























