8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhramanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
"Unikal" xəbər verir ki, əvvəlcə Hərbi Memorial Məzarlığı ziyarət olunub. Burada Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Şəhidlərimizin məzarları önünə əklil qoyularaq qəhrəmanlarımızın xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla rayon ictiamiyyətinin nümayəndələri Zəfər parkına baş çəkərək burada şəhidlərimizin əziz xatirəsini anıblar.





.jpg)















































.jpg)
.jpg)
