Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərinin yaxınlığında kiçik təyyarə qəza uğrayıb.

"Unikal" “Bild” qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzadan sonra avtomobil yoluna düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəza səbəbindən Hannover istiqamətində avtomobil yolunun hərəkəti dayandırılıb.