Ağdam rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib. Zəfərin 6-cı ildönümü münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.
Aksiya çərçivəsində ümumilikdə 8705 ədəd müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilmişdir.











































