Noyabrın 6-da Lənkəran şəhər Heydər Əliyev prospektində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd əlamətdar günün mənəvi əhəmiyyətini vurğulamaq, ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərin yaşıllıq sahələrini genişləndirmək və ekoloji tarazlığın qorunmasına diqqəti artırmaq olub.
Zəfər Gününə həsr olunan və rayonunun bir sıra ərazilərini əhatə edən aksiya çərçivəsində ümumilikdə 2200 müxtəlif növ ağac tingləri, eyni zamanda park və xiyabanlarda dekorativ ağac və gül kolları əkilib, yaşıllıq sahələrinin artırılması istiqamətində müvafiq işlər görülüb.
Daha sonra Lənkəran Dövlət Dram Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nəfəsim Vətən” adlı tamaşa da nümayiş etdirilib.
Vətən sevgisini, milli qüruru, qəhrəmanlıq və vətənpərvərlik ruhunu özündə əks etdirən tamaşada şəhidlərimizin əziz xatirəsi yad edilib, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi, tarixi Zəfərimizin əhəmiyyəti bədii ifadəsini tapıb.








































.jpg)

