Müğənni Vəfa Şərifovanın Afət Fərmanqızına qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmənin yekun qərarı elan edilib və müğənninin iddiası qismən təmin olunub.
Belə ki, Həsənova Afət Fərmanqızının üzərinə qətnamə qüvvəyə mindiyi gündən 15 gün ərzində özünə məxsus "TikTok" sosial şəbəkəsindəki hesabda hamı üçün açıq paylaşım etməklə müğənni barədə məlumatların həqiqətə uyğun olmadığını bəyan etmək yolu ilə həmin məlumatları təkzib etmək vəzifəsi qoyulub.
Eyni zamanda, məhkəmə tərəfindən dəymiş mənəvi ziyanın əvəzi olaraq 5 min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 manat müğənni Afət Fərmanqızından tutularaq Şərifova Vəfa Şahyar qızına ödənilməsi ilə bağlı qərar qəbul edilib.
Orxan Rasifoğlu












































