Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Ağstafa şəhər 2 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.

"Unikal" xəbər verir ki, səyyar qəbulda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu təklif və müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətraflı araşdırılaraq həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.