Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.
"Unikal" xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə (0:1) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.





.jpg)













































