Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda üçüncü qol vurulub.

"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar - 2:1.

69-cu dəqiqədə Zlatko Tripiç diqqət mərkəzinə düşüb.

*** 01:11

"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci hissə başlayıb..

"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda 1:1 hesablı bərabərlik davam edir.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.

*** 00:51

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

*** 00:40

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci qol vurulub.

"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.

27-ci dəqiqədə Erik Botheym fərqlənib.

*** 00:16

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki,  Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.

11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.

00:01

XXX

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu başlayıb.

"Unikal" xəbər verir ki, matç Stavanger şəhərində keçirilir.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.