"Biz illərdir bu işlə məşğuluq və istəyirik ki, qərarı xalq versin. Başqalarının nə dediyi mənim üçün qətiyyən maraqlı deyil. Bu işə görə bütün məsuliyyəti öz üzərimə götürürəm: Ədliyyə Nazirliyindəki bütün komanda ilə birlikdə – və əlbəttə ki, Konstitusiya Şurasının iştirakı ilə – elə bir layihə hazırlamışıq ki, onu xalqın mühakiməsinə təqdim etmək niyyətindəyik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiya layihəsindən danışarkən bildirib.
O əlavə edib ki, vətəndaşlar layihəni oxuya, nələrlə razı olub-olmadıqlarını müəyyən edə və sonda öz seçimlərini edə biləcəklər.
Nazirin sözlərinə görə, müxalifət layihəni görmədən və onun məzmunu ilə tanış olmadan əvvəldən "yox" deməyə çağırışlar edir və iddia edir ki, "bu, onun konstitusiyasıdır, bu, başqasının konstitusiyasıdır..."
"Bu, bizim konstitusiyamızdır", – deyə nazir vurğulayıb. Srbuhi Qalyan bildirib ki, o, mövqelərini izah etməyə və bu barədə danışmağa hazırdır.
Ağarza Elçinoğlu


















































