Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən kütləvi davadan iştirakçı olan millət vəkili Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də Xətai Rayon Məhkəməsinə gətirilib.
Onun həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət hakimlərin özü-özünə etiraz ərizələri müvafiq qaydada baxılaraq həll edilməsi, habelə materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilmiş, iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Əhməd Əlizadənin atası A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir, qardaşı Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsində hakimdir.
Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.
Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri təqtimatına Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.
Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb. Kütləvi dava zamanı "Ceyhun Sabunçu" adı ilə tanınan Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Orxan Rasifoğlu













































.jpg)



.jpg)






