Kişinyov hava limanında bomba təhlükəsi ilə bağlı təxliyə əmri verilib.
"Unikal" xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin mətbuat xidmətinin məlumat yayıb.
"Kişinyov Eugen Doga Beynəlxalq Hava Limanında bomba təhlükəsi elan edilib. Sərhəd Xidmətinin əməkdaşları dərhal sərnişinləri və işçiləri hava limanı binasından təxliyə etməyə başlayıblar", - deyə məlumatda qeyd edilib.
Mətbuat xidməti Daxili İşlər Nazirliyinin ixtisaslaşmış bölmələrinin hadisə yerinə göndərildiyini dəqiqləşdirib.
Qeydiyyat prosedurları dayandırılıb və uçuş cədvəlləri dəyişdirilə bilər.
Sərhəd Polisi bu gün planlaşdırılan uçuşları olan sərnişinlərə uçuş statusunu onlayn uçuş lövhəsində yoxlamağı tövsiyə edib.




















.jpg)





















.jpeg)






.jpg)



