ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya bütün hərbi bazaların İraq Silahlı Qüvvələrinə təhvil verilməsini başa çatdırıb.

"Unikal" xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətlərinin rəhbəri Səəd Maan "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.

"Beynəlxalq koalisiya bütün hərbi bazaları və qərargahları İraq hakimiyyətinə təhvil verib", - deyə o bildirib.

Maanın sözlərinə görə, 30 sentyabrdan sonra "ölkəsində heç bir koalisiya döyüş və ya təlim qüvvəsi qalmayacaq".

O, həmçinin, koalisiya qoşunlarının geri çəkilməsindən sonra İraq ordusunun ölkə daxilində təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib. Maan, həmçinin, qeyd edib ki, koalisiya ölkələri ilə münasibətlər ikitərəfli əsasda qurulacaq.