"İran diplomatik yoldan imtina etməyib, lakin buna baxmayaraq, ABŞ-yə qarşı hərbi əməliyyatları da bərpa etməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News"a bildirib.

"Biz müharibəni bərpa etməyə tam hazırıq. Yom Kippur müharibəsinə gəldikdə belə, istənilən yeni təcavüzə qarşı möhkəm dayanırıq. Eyni zamanda, diplomatiyaya da hazırıq. Seçim Prezident Donald Trampdan asılıdır", - deyə nazir vurğulayıb.