Gün ərzində Ukraynadakı hədəflərə hücumlarını davam etdirən Rusiya Silahlı Qüvvələri Kiyevdə Ukrayna ordusuna yüksək sürətli internet xidmətləri göstərən telekommunikasiya şirkətlərinə məxsus məlumat mərkəzinə zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki:

Ukrayna Silahlı Qüvvələrinə yüksək sürətli internet xidmətləri göstərən ən böyük şirkətlərdən biri olan "Omega Telecom" məlumat mərkəzi;

Ukrayna Silahlı Qüvvələrinə mobil və yüksək sürətli internet xidmətləri göstərən ən böyük şirkətlərdən biri olan Kievstar məlumat mərkəzi;

Odessa bölgəsində hərbi yüklərin saxlanıldığı Novaya Poçta logistika mərkəzinə zərbə endirilib.

Bundan əlavə, Qara dənizdəki Ukrayna ordusuna təchizat etmək üçün Odessa limanına hərbi texnika və ikili təyinatlı yük daşıyan quru yük gəmisi də səfər zamanı vurulub.