Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ölkə prezidenti Məsud Pezeşkiana məktub göndərərək hökumətin qanunla müəyyən edilmiş müddətləri dəyişdirmək və ya uzatmaq səlahiyyətinin olmadığını bildirib.

"Unikal" xəbər verir ki, məktub Nazirlər Kabinetinin müharibə ilə bağlı zərurətlər səbəbindən qanun və qaydalarda nəzərdə tutulan bütün müddətlərin uzadılması barədə qəbul etdiyi qərara cavab olaraq göndərilib.

Qalibaf məktubunda qeyd edib ki, qanunlarla müəyyən edilmiş müddətlər yalnız qanunverici orqan, yəni parlament tərəfindən dəyişdirilə bilər. Onun sözlərinə görə, hökumətin bu məsələdə qərar qəbul etməsi səlahiyyət həddini aşmaq və qanuna ziddir.