Ağ Evin aparat rəhbəri Syuzan Uayls xərçəng müalicəsinin uğurla başa çatdığını elan edib. 

"Unikal" xəbər verir ki, o bunu özünün X sosial media hesabında paylaşıb.

"Şəxsi xəbərlərimi bölüşməkdən məmnunam. Mən xərçəngdən azadam", - deyə Uayls yazıb.

O, əlavə edib ki, bu həftə tibbi müayinədən keçib.