Omanda Hörmüzlə bağlı regional görüş təxirə salınıb. 

"Unikal" xəbər verir ki, ​İran XİN-in Fars körfəzi departamentinin direktoru Məhəmməd Əlibək sentyabrın 14-nə planlaşdırılan Hörmüz boğazı üzrə regional görüşün təxirə salındığını təsdiqləyib.

"Regionun bəzi ölkələrinin xahişi və Omanla İranın birgə qərarı ilə bu görüş başqa tarixə keçirilib", — deyə o, səbəbi izah edib, lakin yeni tarixi açıqlamayıb.

​Rəsmi bəyanatdan əvvəl görüşün təxirə salınması barədə Oman XİN rəhbəri əl-Busəidi məlumat vermişdi.