Engelsdə Rusiya Aerokosmik Qüvvələrinin ( AAK) zabiti Nikolay Varpaxoviç naməlum şəxs tərəfindən güllələnib.

"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. 

Qeyd olunur ki, sui-qəsd cəhdi bu gün səhər saatlarında Saratov vilayətinin Probujdeniye kəndində baş verib. Silahlı şəxs motosikletlə zabitin evinə yaxınlaşıb. Varpaxoviç evdən çıxan zaman hücuma məruz qalıb,  belə ki, silahlı şəxs hərbçiyə atəş açıb. Güllələrdən biri onun sinəsinə, digəri isə üzünə dəyib. Zabitin sürücüsü də yaralanıb. 

Hücumu törətməkdə şübhəli bilinən şəxsin üzünün dəbilqə ilə gizlədildiyi qeyd olunur.

Gülayə Mecid