"Mən Trampı və onun administrasiyasını etirazçıları və kürdləri silahlandırmağa çağırıram ki, İran xalqı bu rejimi özü devirə bilsin".

"Unikal" xəbər verir ki, bunu amerikalı senator Ted Kruz deyib.

"Söhbət ABŞ Quru Qoşunlarının göndərilməsindən getmir, söhbət İran xalqının özünün hərəkətə keçməsindən gedir.

İran rejminin necə olmalı olduğunu müəyyən etmək bizim işimiz deyil, ancaq bizim bunu deməyə haqqımız var: İranda hakimiyyətdə Amerikaya nifrət edən və amerikalıları öldürməyə çalışan radikal teokrat olmamalıdır.

Tramp qətiyyətli baş komandan kimi hərəkət edərək Amerika xalqının təhlükəsizliyini təmin edir", - deyə o bildirib.