Türkiyədə pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, təxminən dörd ay əvvəl Diyarbəkirin Sur rayonunda küçə pişiyi uşağın dodağını dişləyib. Qız özünü pis hiss etməyə başladıqdan sonra ailə 10 avqustda xəstəxanaya müraciət edib.
Bir neçə gün sonra ona quduzluq diaqnozu qoyulub və müalicəyə başlanıb. Lakin azyaşlı dünən dünyasını dəyişib.


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






