Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Rusiyanın "Omskiy-107" top gəmisi İstanbul yaxınlığında saya oturub.

"Unikal" xəbər verir ki, gəmi Novorossiysk yaxınlığında hücuma məruz qalıb və heyət gəmini xilasetmə qayıqlarında tərk edib. Xəsarət alan olmayıb.

Yük gəmisi sonuncu dəfə 29 gün əvvəl, Türkiyənin Gerze şəhərindəki bir limana çatdıqdan sonra yerini bildirib.