Nepalda dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 788-ə çatıb, daha 2500 nəfər itkin düşüb.

"Unikal" "CBS News"a istinadən xəbər verir ki, hakimiyyət orqanları ərazilərdəki sakinləri mümkün daşqınlar barədə də xəbərdar edib.

Çin hökuməti Nepala yuxarı axın sularının axınının artması barədə məlumat verib.

Bu arada, xilasedicilər Katmandu ilə ölkənin ən çox zərər çəkmiş ərazilərindən birini birləşdirən əsas yolu təmizləməyə çalışırlar.