Norveç kralı V Harald çərşənbə günü, 9 sentyabrda Osloda dəfn olunacaq.
"Unikal" xəbər verir ki, kral ailəsi bu barədə "Facebook"da məlumat verib.
Paylaşımda dəfn mərasiminin paytaxt Katedralında keçiriləcəyi dəqiqləşdirilib.
Kral V Harald 28 avqust səhəri Oslodakı Rikshospitalet Universitet Xəstəxanasında 89 yaşında vəfat edib. Monarx ayın ortalarından bəri xəstəxanada yatırdı. Kral hemolitik anemiyadan əziyyət çəkirdi.
27 avqustda kral ailəsi monarxın vəziyyətinin son dərəcə ağırlaşdığını elan etdi. Onun oğlu, 53 yaşlı vəliəhd şahzadə Haakon xəstəliyi dövründə dövlət başçısı vəzifəsini icra edirdi. O, 1 sentyabrda krallıq parlamentində and içdikdən sonra Norveçin növbəti kralı olacaq.


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






