Ermənistanın Avropa İttifaqına mümkün daxil olması ilə bağlı qərarı ermənilərin özləri qəbul etməlidir və Rusiya bu məqsədlə referendum təklif edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə keçiriləcək qarşıdan gələn görüşlərində bu məsələni qaldıra bilərlər.
Peskov jurnalistlərə bildirib ki, "Ermənistan özləri öz gələcəkləri ilə bağlı qərar verəcəklər. Biz də məhz bunu təklif edirik, referendum keçirək".
Onun sözlərinə görə, Putin və Paşinyan arasında Bişkekdə keçiriləcək görüşdə Ermənistanda ölkənin Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi ilə gələcək münasibətləri ilə bağlı referendum keçirilməsi müzakirə oluna bilər.
Peskov, həmçinin, iki lider arasında qarşıdan gələn təmasın vacibliyini vurğulayıb.


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






