ABŞ-ın Lonq-Aylend bölgəsində beş nəfərin gecə saatlarında kanalizasiya quyusuna daxil olması müşahidə kameralarına düşüb.

“Unikal” xəbər verir ki, qara geyimli şəxslər birlikdə lyukun qapağını qaldıraraq yeraltı tunelə eniblər. Polis ərazidə axtarış aparsa da, onların izinə rast gəlinməyib.

Bir həftə əvvəl də Manhettendə üç nəfərin gecə kanalizasiya quyusundan çıxdığı görüntülənmişdi. Ardıcıl hadisələrdən sonra həmin şəxslər sosial şəbəkələrdə “köstəbək insanlar” adlandırılıb.

Onların yeraltı tunellərə hansı məqsədlə daxil olduqları hələlik məlum deyil. Polis kanalizasiya sistemlərində zəhərli qaz və digər ölümcül təhlükələrin olduğunu bildirib.