Ukrayna ilə sülh danışıqları dayandırılıb və Kiyevə zərbələr davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Dinc danışıqlar məsələsi: bəli, indi bu mövzu dərin bir təxirə salınma vəziyyətindədir, yeni ideyalar yoxdur", - deyə o jurnalistlərə açıqlayıb. 

Peskov həmçinin Rusiyanın Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməyə davam etdiyini bildirib: "Kiyevə zərbələr davam edir, onlar sistemli və hədəflənmiş şəkildə davam edir. Biz Kiyev rejiminin hərbi və hərbiləşdirilmiş infrastrukturunu məhv etməyə davam edirik. Hərbçilərimiz nə etdiklərini və necə etdiklərini bilirlər".

Ağarza Elçinoğlu