Qlüksburq sülaləsinin hökmdarı V Haraldın ölümündən sonra onun 53 yaşlı oğlu VIII Haakon kimi taxt-taca sahib çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kral sarayı məlumat yayıb. 

Hakimiyyətin təhvil verilməsi ilə bağlı ənənəvi mərasim Norveç dövlət protokollarına uyğun olaraq keçiriləcək.

Norveç kralı V Harald infeksiya və hemolitik anemiyadan qaynaqlanan ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra 89 yaşında vəfat etdi. 1991-ci ildən bəri hakimiyyətdə olan monarx səhhətinin pisləşməsi səbəbindən son həftələrini Oslo xəstəxanasında keçirib.

***10:49

Norveç kralı V Harald 89 yaşında Oslo xəstəxanasında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici mətbuat yazıb. 

"Dərin kədər hissi ilə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün vəfat edib", - deyə açıqlamada bildirilir.

Norveçin 89 yaşlı kralı V Harald 17 avqustda infeksiya və hemolitik anemiyadan qaynaqlanan ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri xəstəxanadan çıxmayıb. 27 avqustda kral evi onun sağlamlıq vəziyyətinin pisləşdiyini açıqlayıb. 

Qlüksburq sülaləsindən olan kral 1991-ci ildən taxtdadır. Taxt-taca onun 53 yaşlı oğlu Haakon varislik edir.

Ağarza Elçinoğlu