Nepalın şimal rayonlarında baş verən sel nəticəsində ölənlərin sayı 469-a çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.

“469 nəfərin meyiti tapılıb, 1545 nəfər yaralanıb və xilas edilib”, – deyə hüquq-mühafizə orqanlarının son hesabatında bildirilib.

*** 27.08.2026 / 21:45

Nepalın şimal ərazisində daşqın nəticəsində ölənlərin sayı 389 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkə polisi xəbər verib.

"389 nəfərin meyiti tapılıb, ümumilikdə 466 nəfər yaralanıb və xilas edilib", - son hesabatda deyilir.